Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimi birliyinin nümayəndəsi BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci sessiyasında iştirak etdi

Ana səhifə / 23 Sentyabr 2026

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimi birliyinin nümayəndəsi Sahib Məmmədov 14-15 sentyabr tarixlərində BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci sessiyasında iştirak edib.
Bu iki təşkilat Ermənistanın BMT-nin “Bütün şəxslərin məcburi yoxaçıxmalardan müdafiəsi haqqında” Konvensiya üzrə Komitəyə təqdim etdiyi 2-ci dövrü hesabata alternativ hesabat təqdim etmişdir. Sessiya ərəfəsində komitə üzvləri üçün keçirlən brifinqdə təşkilatların nümayəndəsi komitəyə alternativ hesabat təqdim etmiş Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə bəyanatla çıxış etmiş, komitə üzvlərinin çoxsaylı suallarını cavabladırmışlar. Sahib Məmmədov həmçinin Komitənin 31-ci sessiyasının açılış mərasimində və Ermənistan rəsmi nümayəndə heyətinin hesabat verdiyi sessiyada da iştirak etmişdir. Sessiya dövründə komitə üzvləri və Komitənin prezidenti cənab Juan Alban-Alencastronun azərbaycanlı əsir və girovların, o cümlədən uşaqların, qadınların və ahıl insanların sonrakı taleyi haqda suallar ünvanlamışdır. Ermənistan rəsmi nümayəndə heyəti suallardan yayınmağa və dolayı cavablar verməyə çəhd etsə də Komitə üzvləri hazırda itkin sayılan 4010 nəfərin taleyi barədə araşdırma aparılması və günakarlar barədə cinayət işlərinin başlanmasını, həmçinin daha əvvəllərdə BMT-nin iki Komitəsinin-İrqi Ayrı-Seçkiliyin Ləğvi və İşgəncələr Əleyhinə Komitənin də eyni məslə ilə bağlı tələblərinin yerinə yetirilməli olduğunu diqqətə çatdırmışdır.
Komitə 24 sentyabr 2026-cı il tarixidən sonra Ermənistanla bağlı Yekun müşahidə (Concluding observations) qəbul edəcəkdir.
22 sentayabr